Eksklüziv Bədii Mozaika Pannoları
Hovuzunuzun və ya məkanınızın fərqli və unikal görünməsini istəyirsinizsə, fərdi mozaika pannosu ən mükəmməl seçimdir. Dəniz canlıları (delfinlər, tısbağalar), klassik naxışlar, həndəsi ornamentlər, ailə gerbləri, brend loqotipləri və ya mücərrəd rəsmlər peşəkar rəssam-ustalarımız tərəfindən ən xırda detalına qədər işlənir.
Panno hazırlanma mərhələləri:
- Eskizin hazırlanması: Dizaynerimiz istəyinizə uyğun olaraq fərdi eskiz və rəng cədvəli tərtib edir.
- Mozaika çiplərinin seçimi: Parlaq, mirvari və ya tutqun smalta çipləri diqqətlə seçilir.
- Əl ilə yığım (Handmade): Hər bir xırda element rəssamlarımız tərəfindən tora xüsusi dəqiqliklə yığılır.
- Quraşdırmaya hazır çatdırılma: Panno nömrələnmiş bölmələr halında səliqəli şəkildə qablaşdırılır və yerində montaj olunur.