Mozaikanın Təmiri və Bərpası
Uzun illər istismar nəticəsində və ya düzgün olmayan kimyəvi qulluq səbəbilə hovuzlarda mozaika elementləri qopa, tikişlər isə xlor təsirindən yuyula bilər. Mütəxəssislərimiz köhnə və ya zədələnmiş mozaika sahələrini tam söküb dağıtmadan operativ şəkildə bərpa edir.
Görülən işlər:
- Çiplərin bərpası: Qopmuş və ya sınmış hissələrə eyni rəng və ölçüdə yeni mozaikanın quraşdırılması.
- Tikişlərin yenilənməsi: Köhnə sement derzlərin təmizlənərək davamlı epoksi tərkiblərlə əvəz edilməsi.
- Ərp və kimyəvi çirklənmənin təmizlənməsi: Mozaikanın parlaqlığını bərpa edən xüsusi profilaktik qulluq.