Hovuzların Mozaika ilə Peşəkar Üzlənməsi
Hovuzların mozaika ilə üzlənməsi yüksək dəqiqlik, düzgün su izolyasiyası və xüsusi 2 komponentli elastik yapışqanların tətbiqini tələb edən məsuliyyətli mühəndislik prosesidir. Mozayka Azerbaijan olaraq 2007-ci ildən bəri həm şəxsi villalarda, həm də iri ictimai və idman komplekslərində ən yüksək standartlarla montaj işləri həyata keçiririk.
Xidmətə nələr daxildir?
- Səthin hazırlanması: Hovuz çanağının təmizlənməsi, hamarlanması və hidrofob astar çəkilməsi.
- Su izolyasiyası: 2 qat elastik hidroizolyasiya tətbiqi və hidravlik təzyiq sınağı.
- Dəqiq düzülüş və montaj: Lazer səviyyəölçənlərlə kartların qüsursuz yapışdırılması.
- Epoksi derz dolğusu: Xlora, ultrabənövşəyi şüalara və kimyəvi təmizləyicilərə tam davamlı epoksi tikişlərin vurulması.